Argentinanın nəqliyyat naziri yol qəzasında ölüb

Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə yerli “Todo Noticias” telekanalı məlumat yayıb.
Məlumata görə, nazirin idarə etdiyi avtomobil San-Andres-de-Xiles şəhəri yaxınlığında magistral yolda aşıb. Hadisənin səbəbləri hazırda məlum deyil.
Qeyd edək ki, M.Meoni 2019-cu ilin dekabrından bu vəzifəni icra edirdi. //APA