Yas mərasimi keçirmək istəyənlər saxlanılıb - Ağstafa

 12:41 24.04.2021     339

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları rayonun Poylu kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bundan başqa, RPŞ-nin Köçvəlli Polis Bölməsinin əməkdaşları inzibati ərazidə karantin qaydalarına zidd olaraq 20-yə yaxın vətəndaşın iftar mərasimi təşkil edilməsini də aşkarlayıb. Polis əməkdaşları tərəfindən həmin vətəndaşlar ilə profilaktiki söhbətlər aparılıb, onlara pandemiya qaydaları bir daha xatırladılıb.

22
Vumart və Güvən reklamı Vumart Güvən