Vilayət Eyvazov yeni rəis təyin edib

 16:39 24.04.2021     159

Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin rəisi vəzifəsinə təyinat olub.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Şahin Abdulov Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Ş.Abdulov bundan öncə Salyan Rayon Polis Şöbəsində müstəntiq işləyib.