Tovuzda torpaq sürüşməsi - Kənd yolu qismən bağlanıb / FOTO

 03:24 25.04.2021     288

Havaların yağıntılı keçməsi Tovuzun Qaralar kəndində torpaq sürüşməsinə səbəb olub.

Redaktor.az-ın məlumatına görə, Tovuz rayon Qaralar kəndinin dağlıq ərazisində torpaq sürüşməsi olub.

Nəticədə iri qaya parçaları və torpaq kütləsi kənd yoluna tökülüb. Bu səbəbdən gediş-gəlişdə qismən çətinlik yaranıb. Hazırda yaranmış fəsadın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, son günlər bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.