"AZGRANATA" MMC təltif olunub - FOTO

"AZGRANATA" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təltif olunub.
Redaktor.az-ın məlumatına görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 28 aprel - Əməyin Mühafizəsi Günü ilə əlaqədar əməyin mühafizəsi standart, norma və qaydalarına riayət etdiyinə görə şirkəti “Təşəkkürnamə” ilə təltif edib.
Qeyd edək ki, 2011-ci ildə inşa olunmuş təxminən 14 hektar sahəni əhatə edən zavod Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. “AZGRANATA” meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.
