Sabah hava necə olacaq? - PROQNOZ

 12:24 25.04.2021     560

Aprelin 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Redaktor.az-a verdiyi məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq. 

Aprelin 26-da  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə  isti, gündüz  23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, aprelin 26-da  Abşeron yarımadasında meteoroloji amillərin  mülayim tərəddüdü 

gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.