Bakıda iki avtobus xəttinin hərəkət sxemi dəyişdirilir

 13:59 26.04.2021     217

Bakıda iki avtobus xəttinin hərəkət sxemləri dəyişdirilir.

Redaktor.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu səbəbdən 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən müvəqqəti təşkil ediləcək.