Azərbaycanda 7 günlük tətillə bağlı daha bir QADAĞA

 16:20 26.04.2021     826

Bakı-Sumqayıt elektrik qatarı bir həftə fəaliyyət göstərməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə əlaqədar həmin günlərdə Bakı-Sumqayıt-Bakı elektrik qatarları da hərəkətdə olmayacaq:

"Dəyişikliyə əsasən, mayın 8-i və 16-sı iş günləri olduğundan, qatarlar həmin tarixdə ənənəvi qrafik üzrə hərəkət edəcək".