Şəki bazarında nöqsanlar aşkarlanıb - FOTO

 11:18 27.04.2021     710

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən, “Şəki Bazar” ASC-yə məxsus bazarın ət satışı sahəsində yoxlama keçirib.

AQTA-dan Redaktor.az-a verilən məlumata görə, yoxlama zamanı iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin baytarlıq ekspertizasından keçirilmədən, möhürsüz şəkildə satışı həyata keçirildiyi aşkar edilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

2