Arif Quliyevin səhhəti yenidən pisləşib

 15:26 27.04.2021     456

Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib. 

Redaktor.az bildirir ki, bu barədə aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: “Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb”.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.

“Yeni Klinika”nın reanibasiya şöbəsinin müdiri Emil Qasımov isə aktyorun səhhətinin hazırda ağır stabil olduğunu, süni tənəffüs dəstəyində olduğunu deyib. //APA