Vətən müharibəsində şəhid olmuş hərbçi dəfn olunub - FOTO / YENİLƏNİB

 18:51 27.04.2021     635

Vətən müharibəsində şəhid olmuş hərbçi Ələkbər Əlövsət oğlu Musayev dəfn olunub.

Redaktor.az-ın xəbərinə görə, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ə. Musayev doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində bu gün torpağa tapşırılıb. 

18:20

Vətən müharibəsində şəhid olmuş hərbçimizlə Cəlilabadda vida mərasimi başlayıb.

Redaktor.az-ın məlumatına görə, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayevin nəşi doğulduğu Cəlilabad rayonunun Mollalı kəndinə gətirilib.

Şəhidlə vida mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, sakinlər iştirak edir.

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.

O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub. //APA 

    1 / 7                          

222222