Bu il “Son zəng” keçiriləcək? - AÇIQLAMA

 18:35 27.04.2021     197

Artıq may ayı yaxınlaşır. Növbəti təhsil ilinin yekunlaşmasına sayılı günlər qalıb. Təhsil ilində ən önəmli hadisələrdən biri də “Son zəng” hesab olunur. 

Redaktor.az-ın məlumatına görə, bu il son zəng ötən ilkindən fərqli keçiriləcək.

Belə ki, ötən il son zəng onlayn keçirilmişdi. Bu il həmin tədbir yalnız onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun şəkildə həyata keçiriləcək. Maska və ara məsafəsinin qorunması mütləq olacaq. 

Təhsil Nazirliyinin Mətbuat xidməti News24.az-ın məsələ ilə bağlı sorğusunu belə cavablandırıb:

“Son zəngin keçiriləcəyi tarixdə pandemiya şəraitinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”.