Arif Quliyevin videosunu paylaşan tibb işçisi cəzalandırılıb

Sosial şəbəkələrdə və KiV-lərdə "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.
Redaktor.az bildirir ki, bu barədə "Yeni Klinika"dan məlumata verilib.
Məlumatda qeyd olunub ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır.
"Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb.
Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib", - deyə məlumatda qeyd olunur. //Qafqazinfo