Biləsuvarda Şəhidlərin Xatirə Kompleksi açılıb

 22:25 27.04.2021     68

Biləsuvar rayonunda Şəhidlərin Xatirə Kompleksinin açılışı mərasimi olub.

Redaktor.az-ın məlumatına görə, Ağalıkənd kəndində inşa edilən kompleks kənd şəhidlərinin xatirəsinə həsr olunub.

Kompleksin açılış mərasimində şəhidlərin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Biləsuvar rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Ağalıkənd kəndi I Qarabağ müharibəsində 2, Vətən müharibəsində isə 6 şəhid verib.

Belə ki, xatirə kompleksində Birinci Qarabağ müharibəsi şəhidləri - Coşqun Qurbanov və İmanverdi Hüseynov, eləcə də İkinci Qarabağ müharibəsi şəhidləri - Ruslan Qurbanov, Osman Bayramov, Surac Sadıqov, Elmar Mirzəyev, Ziyəddin Xanaliyev və Əlyar Məmmədovun adları, fotoları və onlar haqqında məlumatlar öz əksini tapıb.

Allah rəhmət eləsin! //Report