"Qaçqınkom" daha 3 yaşayış binası tikəcək - Bak

 09:24 28.04.2021     406

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") Bakıda daha 3 yaşayış binası tikməyə icazə verib.

Redaktor.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Obyektlərin layihəçisi "Kapitel" MMC-dir.

Vumart və Güvən reklamı Vumart Güvən