Xudayara lağ edən görün kimdir... - Elza Seyidcahanla görüntüləri / VİDEO

 13:19 29.04.2021     921

Şəhid Xudayar Yusifzadəni ələ saldığı üçün döyülən Fuad Rəsulzadə ilə bağlı yeni xəbər var.

Redaktor.az xəbər verir ki, F.Rəsulzadə əslində televiziyaya yad sima deyil. O, ARB TV-də şeirlərini səsləndirib, SPACE TV-də “El bizim, sirr bizim” verilişində qonaq olub.

F.Rəsulzadə  “Hekayəm var” “Stand up” şousunda aktyor kimi səhnə alıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə barəsində istehza ilə paylaşım edən sosial şəbəkə istifadəçisinin döyülməsi ilə bağlı araşdırmalara başlayıb. Polis F.Rəsulzadəni döyən şəxsləri axtarır.

Qeyd edək ki, F.Rəsulzadə "Twitter"də “Əhməd” adlı hesabla “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə istehza dolu paylaşım etmişdi. //Baku.ws