Koronavirusa yoluxan nazirin vəziyyəti açıqlandı

 16:33 29.04.2021     217

Koronavirusa (COVID-19) yoluxan mədəniyyət naziri Anar Kərimovun vəziyyəti açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, nazirin karantin müddəti davam edir.

“Anar Kərimovun səhhəti yaxşıdır və sağalmağa doğru müsbət dəyişikliklər var”, - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, mədəniyyət naziri aprelin 16-dan müalicə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən