İmişlidə nişan məclisinin qarşısı alınıb

 10:25 30.04.2021     124

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.