SON DƏQİQƏ: Azad Rəhimov vəfat etdi

 12:25 30.04.2021     965

Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, A.Rəhimovun nəşi bu gecə Bakıya gətiriləcək. Nazirin cənazəsinin ölkəmizə gətirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, 2006-cı ildə gənclər və idman naziri vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, A.Rəhimov ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkirdi.

Vumart və Güvən reklamı Vumart Güvən