DİN-dən avtobus sürücüsünü döyən şəxslə bağlı AÇIQLAMA

 12:36 30.04.2021     215

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək İdarəyə dəvət olunub. O, törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.

Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb. //Azxeber.com