"Əməyin mühafizəsi bizim üçün prioritetdir" - Şaiq Mirzəyev / FOTO

 14:04 30.04.2021     2321

"Əməyin mühafizəsi standart, norma və qaydalarına riayət olunması bizim üçün prioritet məsələdir".

Redaktor.az-ın məlumatına görə, bunu "AZGRANATA" MMC-nin İdarə Heyətinin Sədri Şaiq Mirzəyev Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.

Ş.Mirzəyev əvvəlcə tədbir iştirakçılarını salamlayıb və dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib: "28 aprel - Əməyin Mühafizəsi günü münasibətilə hər birinizi təbrik edirəm. Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Fürsətdən istifadə edib "AZGRANATA" MMC-ni "Təşəkkürnamə" ilə təltif etdiyinə görə cənab Sahil Babayevə öz adımdan və kollektivimiz adından təşəkkür edirəm. Göstərilən diqqət bizim məsuliyyətimizi və özümüzə qarşı tələbkarlığımızı daha da artırır. Cənubi Qafqazın ən böyük istehsalat sahələrindən olan "AZGRANATA" MMC 10 ildən çoxdur ki, alkoqollu və alkoqolsuz içkilərin istehsalı və satışı üzrə fəaliyyət göstərir. Şirkətimiz COVID-19 pandemiyası dövründə də fəaliyyətini mövcud qaydalara riayət edərək yüksək səviyyədə davam etdirir və bundan sonra da şirkətimizin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik. Bir daha hər birinizə uğurlar arzu edirəm!"

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar "AZGRANATA" MMC-ni əməyin mühafizəsi standart, norma və qaydalarına riayət etdiyinə görə “Təşəkkürnamə” ilə təltif edib.

22