SON DƏQİQƏ: Nazirlik Azad Rəhimovun ölüm xəbərini TƏSDİQLƏDİ

 23:50 30.04.2021     660

Gənclər və İdman Naziri Azad Rəhimov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu haqda nazirliyin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

O, Azad Rəhimov haqda xatirələrini də bölüşüb:

"Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim.  

Bir müddət bundan öncə onunla danışanda: "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var", - yazmışdım. Cavabı: "Gözlə. Gələcəm" olmuşdu. 

Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz?  Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq, Azad müəllim.

Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi  göynədəcək, ürəyimi  yandıracaq. Sizin yoxluğunuzla  mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım.  

Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən  öyrənməyi, Sizin məktəbi keçməyi  mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü , əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM İNSAN! 

P.S. Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!