"E-huquq.az"ın fəaliyyətə başlamasından 2 il ötür

 14:54 01.05.2021     159

Bu gün "E-huquq.az" saytının fəaliyyətə başlamasından 2 il ötür.

Sayt 2019-cu ilin mayın 1-dən internet istifadəçilərinin ixtiyarındadır.

"E-huquq.az" fəaliyyətə başladığı ilk gündən vətəndaşların hüquqi biliklərinin artırılması və cəmiyyətin hüquqi maariflənməsi, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə materialların dərc olunması istiqamətində çalışır.

Saytın əsas məqsədi məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinin işıqlandırılması, vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində məqalə, reportaj və müsahibələrin dərc edilməsi, Azərbaycanda və dünyada baş verən mühüm hüquqi, siyasi və digər xəbərlərin oxuculara təqdim edilməsindən ibarətdir.

Portal Azərbaycan, rus və ingilis dillərində informasiya xidməti göstərir.

Redaktor.az saytı adından təbrik edir, uğurlar arzulayırıq.