Polis olduğunu deyərək qadınları şantaj edən şəxs SAXLANILDI

 18:47 01.05.2021     396

Bakıda özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs müəyyən edilərək tutulub.

Redaktor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) “Teleqram” kanalı məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan 1986-cı il təvəllüdlü Elnur Sultanov saxlanılıb.

Həmin şəxsin əməllərindən zərər çəkənlərin polisə müraciət etmələri tövsiyə olunur. //Oxu.az