Sumqayıtda daha bir müəllim koronavirusdan ölüb

 23:53 01.05.2021     484

Sumqayıtda müəllim koronavirusdan dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin müəllimi Məsudə Səfərəliyeva COVID-19-dan vəfat edib.

M.Səfərəliyeva orta məktəbdə riyaziyyat fənnini tədris edib.

Qeyd edək ki, ötən gün İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Y.Cəbrayılova COVID-19-dan vəfat edib. //Report