Yol polisi Goranboyda reyd keçirib

 10:20 02.05.2021     467

Yol polisi Goranboyda reyd keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilib, barələrində müvafiq tədbirlər görülüb.

Görülən tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəlb edilib.