Azad Rəhimov dəfn olundu - VİDEO

 14:19 02.05.2021     1026

Vəfat edən gənclər və idman naziri Azad Rəhimov bu gün dəfn olunub.

Redaktor.az-ın məlumatına görə, sabiq nazir II Fəxri Xiyabanda torpağa tapşırılıb. 

Dəfn mərasimi pandemiya səbəbindən məhdud çərçivədə keçirilib.

Mərasimə mərhumun ailə üzvləri və yaxınları qatılıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Azad Rəhimovun dəfn mərasiminə əklil göndərib.

Baş nazir Əli Əsədov da dəfndə iştirak edib. 

Qeyd edək ki, bir müddətdir, ABŞ-da xərçəng xəstəliyindən müalicə olunan A. Rəhimov 57 yaşında vəfat edib. //APA