Elçin Nadirov: Azad Rəhimov sadə, dostcanlı, məsuliyyətli insan idi

 19:31 02.05.2021     158

"Məni mərhum gənclər və idman naziri Azad Rəhimovla uzun illərin dostluğu bağlayırdı. 1990-cı ildə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsində tanış olduq. Azad müəllim həddən ziyadə daxili enerjili, həyatsevər insan idi. Nazir olanda da o qədər sadə, dostcanlı, eyni zamanda işinə məsuliyyətli idi”.

Redaktor.az-ın məlumatına görə, bu sözləri “Report”a açıqlamasında hüquqşunas Elçin Nadirov bildirib.

“Mənə bir hüquqşünas kimi gənclər və idman sahəsi ilə bağlı bütün hüquqi sənədlərin hazırlanmasını etibar etdi. Mən də bu etimadı doğrultdum.

Bu gün sözün əsl mənasında layiqli, işgüzar dövlət qulluqçusunu itirdik. İnsan olaraq isə onun sadəliyi, insanpərəstliyi, əvəzolunmazdır. Azad müəllim yaşamalı və varlığı ilə sevindirməli insan idi. Allah rəhmət eləsin", - deyə o bildirib.