Arif Quliyevin səhhəti ilə bağlı SON MƏLUMAT

 12:06 03.05.2021     184

“Arif Quliyevin vəziyyəti ağır stabil olaraq qalmaqda davam edir, səhhətində elə bir ciddi irəliləyiş yoxdur”. 

Redaktor.az bildirir ki, bunu “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O, aktyorun ağciyərlərinin səksən-doxsan faiz buzlaşdığını deyib: “Hazırda süni tənəffüs aparatındadır, intensiv müalicəsi davam edir. Hər şey zamandan asılıdır”. 

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə edilir. //APA