Azərbaycanda koronavirusa yoluxan nazir sağalıb

 12:17 03.05.2021     323

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Redaktor.az xəbər verir ki, bunuMədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu. //Report

Vumart və Güvən reklamı Vumart Güvən