YAP-a yeni mətbuat katibi təyin edilib

 14:17 03.05.2021     270

Yeni Azərbaycan Partiyasına (YAP) yeni mətbuat katibi təyin edilib.

Redaktor.az-ın məlumatına görə, Elməddin Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

YAP-ın əvvəlki mətbuat katibi Hüseyn Paşayev isə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi ilə əlaqədar olaraq öz vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Quliyev bundan əvvəl Dövlət Statistika Komitəsinin Mətbuat katibi vəzifəsində çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən