Vilayət Eyvazov yeni rəisi TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, bu barədə daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru, Sübhan İsgəndərov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Astara RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub. //Oxu.az