Şəhidi alçaldanlar cəzalandırılacaq - Cinayət Məcəlləsinə əlavələr

 11:21 04.05.2021     190

Azərbaycanın Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması üçün maddənin əlavə edilməsi təklif olunub.

Redaktor.az xəbərinə görə, bu təkliflə Milli Məclis deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Bu günlərdə bəzi şəxslər şəhidlərimizə dil uzadır. Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı maddə əlavə edilməlidir. Bunu edənlərə qarşı da ən sərt cəza tədbirləri görülməlidir”, - deputat bildirib. //Report