Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur

 13:14 04.05.2021     501

Azərbaycanda yeni Vergi Məcəlləsinin qəbulu təklif edilir.

Redaktor.az bildirir ki, bu təklifə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxış edib.

O qeyd edib ki, yeni qanun layihəsi hamının başa düşəcəyi dildə yazılmalıdır.

Deputat həmçinin bildirib ki, bank faizlərinin dərəcələri yüksəkdir: "Hesab edirəm ki, bununla bağlı bank rəhbərləri ilə birlikdə dinləmə keçirilməlidir". //Report.az