SON DƏQİQƏ: Arif Quliyevin vəziyyəti pisləşib - BEYİN ÖLÜMÜ...

Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib.
Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin oğlu Rövşən Quliyev məlumat verib. O bildirib ki, atasının səhhəti ötən gündən ağırlaşıb.
"Hazırda xəstəxanadayam, vəziyyəti kritikdir. Ötən gün həkimlər atamı oyandırmağa çalışıblar, amma beyin oyanması istədikləri səviyyədə olmayıb".
Qeyd edək ki, koronavirusa yoluxan A.Quliyev "Yeni klinika"da müalicə olunur.
Aysel Hacıyeva / Redaktor.az