Aslan Hüseynov Gəncədə dəfn olunub - FOTO

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov Qaradağ rayonu ərazisində keçirdiyi avtomobil qəzası nəticəsində həyatını itirib.
Redaktor.az xəbər verir ki, o, elə bu gün Gəncə şəhərində, bir neçə gün əvvəl vəfat etmiş anasının yanında dəfn edilib.
Qeyd edək ki, müğənni Aslan Hüseynovun idarə etdiyi "BMW" markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. //Oxu.az



