SON DƏQİQƏ: "Space TV"-nin yeni rəhbəri bu xanım oldu - FOTO

 12:09 05.05.2021     666

"Space" televiziya kanalına yeni rəhbər təyin olunub.

Redaktor.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. O, yeni təyinatı barədə məlumatı  təsdiq edib.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

2