İtkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

 12:18 05.05.2021     344

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Redaktor.az-ın məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq. //APA