Bakıda qanunsuz parkinq yeri təşkil edilib - FOTO

 17:36 12.05.2021     232

Bakının Nizami rayonunda C.Naxçıvani və B.Çobanzadə küçələrinin kəsişməsində yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən məlumata görə, səkinin zəbt olunması ilə bağlı zəruri addımlar atılacaq.

Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq.

22