Azərbaycanda açıq havada toylara hazırlıq başladı - VİDEO

 09:44 24.05.2021     214

Toyların keçirilməsi ilə bağlı yeni qaydaların hazırlanması xəbəri bu sektorda əməlli-başlı canlanma yaradıb. Toy etmək istəyən şəxslər indidən növbəyə yazılırlar.

Redaktor.az xəbər verir ki, şadlıq evi sahibi Mahir Zeynalov deyir ki, son günlər açıq havada toy etmək istəyən şəxslərdən xeyli müraciətlər daxil olub.

İcazə verildiyi gündən növbəyə uyğun olaraq toyların keçirilməsinə başlayacaqlar. Artıq açıq hava toyları üçün qiymət də müəyyən ediblər. Pandemiyadan əvvəlki vaxtla müqayisədə indiki qiymətlər baha olacaq.

Daha ətraflı videodan izləyin: