Bulvarda ilanlar təhlükə yaradır - VİDEO

 14:47 24.05.2021     324

Dənizkənarı Bulvarda ilanın olması barədə paylaşım edilib.

Redaktor.az məlumat verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, insanların istirahət etdiyi ərazidə ilan olub. Bu da orada istirahət edən şəxslər və azyaşlılar üçün təhlükə yaradıb.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür halların qarşısını almaq üçün mövsümə uyğun olaraq ərazidə dezinfeksiya işləri aparılır.