Bakıda veloyürüş keçirilib - FOTO

 15:34 24.05.2021     170

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinin yekunlarına həsr edilən “Velosiped sür, sağlam ol” şüarı altında Bayıl Bulvarı ərazisində veloyürüş keçirilib.

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən məlumata görə, BMT, BNA və ÜST-nin təşkilatçılığı ilə baş tutan veloyürüşdə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi Qulam İshaqzai, diplomatik korpusun nümayəndələri və müxtəlif təşkilatların könüllüləri iştirak edib.

Yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən istifadə və piyada gəzintini təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə vermək olub.

Qeyd edək ki, pandemiya dövründə bir sıra ölkələrdə velosiped əsas nəqliyyat vasitəsinə çevrilmiş, mövcud avtomobil yolları daraldılaraq velosipedçilərin ixtiyarına verilmiş, bununla da açıq havada sosial məsafə gözləməklə velosipedlə səyahət yoluxma riskinin azalmasına gətirib çıxarmışdır.

222