Bulvarda ilanlar təhlükə yaradıb - VİDEO

Dənizkənarı Bulvarda ilanın olması barədə paylaşım edilib.
Redaktor.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, insanların istirahət etdiyi ərazidə ilan olub. Bu da orada istirahət edən şəxslər və azyaşlılar üçün təhlükə yaradıb.
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, bu cür halların qarşısını almaq üçün mövsümə uyğun olaraq ərazidə dezinfeksiya işləri aparılır. //Oxu.az