Azərbaycanda bu qadağalar LƏĞV EDİLİR - VİDEO

 09:46 25.05.2021     763

"Ölkəmizdə vaksinasiya prosesinin uğurla aparılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə koronavirus infeksiyasının yayılmasında kritik vəziyyət yaşanmadı. Əgər proses belə davam edərsə, yay aylarında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər".

Redaktor.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in işçi qrupun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, gündən-günə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır. Bu göstəricilərə həm vaksinasiyanın uğurla davam etdirilməsi, həm də vətəndaşların verilən tövsiyələrə əməl etmələri nəticəsində nail olunub.

Daha ətraflı videodan izləyin: