Açıq havada maska ilə bağlı AÇIQLAMA - VİDEO

 09:51 25.05.2021     520

Yoluxma sayında azalma bu cür davam edərsə, maska və digər qadağalarla bağlı yumşaldılmalara getmək mümkündür.

Redaktor.az xəbər verir ki, bunu "ARB24"-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Emil Qasımov deyib.

“Biz həkimlər də açıq havada maska taxılmasından məmnun deyilik. Lakin maskanın ləğvi o demək deyil ki, özümüzü rahat hiss edək. Karantin qaydalarına hər bir vətəndaş əməl etməlidir.

Hələ pandemiya bitməyib. Normalda pandemiyalar 2-3 il davam edir. Biz peyvəndlənmə prosesinin hesabına bu müddəti qısalda bilərik”, - həkim bildirib. //Baku.ws