Azərbaycanda professorun gənc qızı qəfil vəfat etdi - SON DƏQİQƏ

 10:38 25.05.2021     680

Azərbaycanda professorun qızı Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının əməkdaşı, professor Nigar Ağayevanın qızı dünyasını dəyişib.

Redaktor.az-ın məlumatına görə, professorun qızı Şəms Xudiyeva uzun müddətdir ürəyində yaranmış problemdən əziyyət çəkirmiş.

Qeyd edək ki, 23 yaşlı Ş.Xudiyeva ürəyindən əməliyyat olunmuşdu.

Ş.Xudiyevanın atası İlham Xudiyev Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza Mərkəzində çalışır.

Allah rəhmət eləsin! //Ölke.az