İdman zalları iyunun 10-dan açılacaq

“10 iyun tarixindən idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək”.
Redaktor.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, müəyyən olunmuş qaydalara əməl olunmaqla 10 iyun tarixindən idman sağlamlıq obyektlərinin fəaliyyəti bərpa olunacaq.