Xüsusi karantin rejimi yumşaldıldı - TAM SİYAHI

 13:08 25.05.2021     513

Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.

Redaktor.az xəbər verir ki, növbəti həftədən yumşaldılma tədbirinin görülməsinə qərarı verilib.

Bunlar aşağıdakılardır:

- 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;

- 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;

- 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;

- 10 iyundan məscidlər açılır;

- 10 iyundan iri ticarət mərkəzləri açılır;

- 10 iyundan çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;

- 10 iyundan idman zallarının fəaliyyəti bərpa edilir, lakin COVID pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

- Azərbaycanda COVID pasportu tətbiq olunacaq.

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq.