FHN yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - FOTO

 15:12 25.05.2021     101

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti “Aqroservis” ASC-nin Şamaxı rayon filialında, Şamaxı və Oğuz rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində çalışan işçi heyətinə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçirib.

Redaktor.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirlər dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilib.

“Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən tədbirlərdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

22