Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini - Zərdabi kənd sakini S.Muradini ictimai yerdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, həmin şəxs tibbi prosedurlar gözlənilməklə xəstəxanaya yerləşdirilib.